“Sosial Şəbəkə Akademiyası” layihəsi təqdim edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi “Sosial Şəbəkə Akademiyası” adlı layihənin təqdimatını keçirib.
Tədbirdə müasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə və gənclərə təsirlərindən söz açılıb. “Sosial Şəbəkə Akademiyası” adlı layihə haqqında geniş məlumat verilib. Layihə çərçivəsində Naxçıvanın tarix və mədəniyyətinin, müasir həyatının sosial şəbəkələrdə təbliğ edilməsi ilə bağlı müvafiq işlər aparılacaq. Bu işlərin ilki kimi az.wikipedia.org virtual ensiklopediya saytına məlumatların yüklənməsi, daxil olan məlumatların yenilənməsi və digər əməliyyatlar üçün təlimlərə başlanılıb.
Təlimdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü olan 45 nəfər gənc iştirak edib.
Turab Hacızadə