Naxçıvan şəhər Peşə Liseyində əməli məşğələ keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı Naxçıvan şəhər Peşə Liseyində “Qazanxana maşinistləri qazanxanada baş verəcək hadisələrə hazır olmalıdır” mövzusunda əməli məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd qazanxanalarda baş verə biləcək yanğın və dəm qazından zəhərlənmə və partlayış hallarını şərti olaraq canlandırmaq, bu cür xoşagəlməz hallarda düzgün davranış qaydalarını müdavimlərə aşılamaqdır.

Keçirilən əməli məşğələdə 44 qazanxana maşinisti olmaqla ümumilikdə, 54 müdavim iştirak edib. Beləliklə sertifikatını almağa hazırlaşan qazanxana maşinistləri öz biliklərini təkmilləşdiriblər. Bu isə o deməkdir, bu müdavimlər qış mövsümündə 44 müəssisənin qazanxanasında təhlükəsizliyini təmin edəcəklər.

Tədbirin sonunda fəal iştirak edən müdavimlərə diplomlar təqdim olunub.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: