Oktyabrın 7-də Lənkəran seysmoloji stansiyasından 26 kilometr şimal-qərbdə - Masallı rayonunun ərazisində maqnitudası 3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:39:57-də qeydə alınıb.
Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.