Sədərək və Kəngərli rayonlarında humanitar tibbi aksiya keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının 6 nəfərdən ibarət həkim briqadası Sədərək, 10 nəfərdən ibarət həkim briqadası isə Kəngərli rayonunun kəndlərində müayinələr aparıblar.

Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 20 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan bütün dərmanlar, arterial təzyiqin ölçülməsi üçün fonendoskop cihazları verilib.

Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq, reablitoloq, proktoloq, feldşer və başqa ixtisas həkimləri iştirak ediblər.

Humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

                                                                        Nurlan Sadiqov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: