Naxçıvandakı Duzdağ haqqında Tehranda keçirilən konqresdə məlumat verilib

178

Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılıb. Ölkəmizi bu konqresdə “My Travel” şirkətinin icraçı direktoru Elnara Cabbarova təmsil edib.

Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

Konqres çərçivəsində “Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan görüşü” baş tutub. Görüşdə İslam ölkələrində səhiyyə turizminin inkişafı mərkəzinin direktoru Mehdi Kərimi çıxış edib. Qeyd olunub ki, müasir dövrdə turizmin inkişafı insanların istirahətini təmin etməklə yanaşı, həm də dövlətlərin iqtisadiyyatının inkişafına böyük təkan verir. Turizmin inkişafı dövlətlərə xarici valyuta axınını təmin edən əsas sahələrdən biridir. İslam ölkələrinin böyük turizm potensialı var və bu dövlətlər qarşılıqlı əməkdaşlıq nəticəsində səhiyyə turizmi sahəsini inkişaf etdirə bilərlər.

“My Travel” turizm şirkətinin icraçı direktoru Elnara Cabbarova Azərbaycanın səhiyyə turizmi potensialı haqqında geniş məlumat verib. Video-slaydlar vasitəsi ilə E.Cabbarova Naftalan, Duzdağ barəsində, buradakı otellər və xidmətlər haqqında danışıb. Qeyd olunub ki, müxtəlif xəstəliklərin müalicəsi üçün Naftalan nefti olduqca əhəmiyyətlidir. Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi isə bronxial asma xəstəliyinin müalicəsi üçün əvəzolunmaz yerdir.

Təqdimat zamanı Bakı, Qəbələ, Şəki və Azərbaycanın digər gəzməli və görməli yerləri haqqında geniş məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: