Şagirdlər tibbi müayinələrə cəlb olunublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur və Şahbuz rayonlarında məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri tibbi müayinələrdən keçib. Müayinələr zamanı cərrah-travmatoloq, lor, stomatoloq, terapevt, oftalmoloq, pediatr, nevropatoloq həkimləri şagirdləri müayinə ediblər.
Ümumilikdə 246 şagird müxtəlif tibbi müayinələrdən keçib.
Analoji tədbir Şahbuz rayonunda da reallaşdırılıb. Profilaktik müayinələr üçün Şahbuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən pediatr, stomatoloq, LOR və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. 402 şagird dərin tibbi müayinədən keçirilib.
Qeyd edək ki, dərin tibbi müayinələr noyabrın 15-dək davam edəcək.
Mahmud Hüseynov