Həkimlərin sertifikasiya imtahanı başa çatıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin -həkimlərin üç gün davam edən növbəti sertifikasiya imtahanları başa çatıb.

Oktyabrın 8-dən 10-dək keçirilən növbəti mərhələdə cərrah, terapevt, pediatr oftalmoloq, şüa diaqnostikası və Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin həkim ekspertləri öz bilik və bacarıqlarını sınayıblar.

 İmtahanlarda  81 nəfər həkim iştirak edib. Onlardan Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatrları İlkay Əliyeva və Aytən Əhmədova yüz faizli nəticəyə nail olub. 7 nəfər isə zəruri həddi keçə bilməyib.

Xatırladırıq ki, sertifikatlaşdırma imtahanları hər beş ildən bir keçirilir. Məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının artırılmasından ibarətdir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: