“Gələcəyə doğru” layihəsi çərçivəsində tələbələrlə görüş keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələrlə “Gələcəyə doğru” layihəsi adı altında görüş keçirilib.

Görüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və  Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov və digər çıxış edənlər muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.

Sonra muxtar respublikada həyata keçirilən gənclər siyasəti ilə bağlı slayd vasitəsilə məlumat verilib, Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Gənclər gələcəyimizdir” filmi nümayiş olunub.

Tədbirdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrin Tələbə Gənclər Təşkilatları arasında keçirilən “Xəmsə”, “Poliqon”, “Axtar tap” və “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə “İntellekt döyüşü” adlı layihədə qalib  olan komandalar mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: