“Qədim Türk Yurdu Naxçıvan” kitabı işıq üzü görüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında Nizami Muradoğlunun (Məmmədov) “Qədim Türk Yurdu Naxçıvan” kitabının təqdimat mərasimi olub. Kitab Azərbaycan Respublikası Prezidentinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Araz” Ziyalılar İctimai Birliyinin “Naxçıvanda erməni cinayətlərinin izi və iddiaları” adlı layihə əsasında hazırlanıb.
“Qədim Türk Yurdu Naxçıvan” kitabı tarixi faktları özündə əks etdirən məqalələr toplusudur. Əsərdə ermənilərin Naxçıvan diyarına zorla və məqsədli şəkildə köçürülməsi, burada yerləşdikdən sonra onların törətdikləri vəhşiliklər, qanlı müharibələr haqqında oxuculara geniş məlumat verilir.