NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsi Aşağı Əylis kənd icra nümayəndəliyində yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlarla sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə bildirilib ki, rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 142 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 28 nəfəri dövlət müəssisə və təşkilatlarda, 25 nəfəri yerli özəl müəssisədə çalışanlar, 89 nəfər isə fiziki şəxslərdir.
Sonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələri təqdim edilib.