Ölümə sürükləyən "Mariam" məktəblilər arasında sürətlə yayılır

A- A A+

"Mavi balina" kabusundan sonra indi də "Mariam" adlı oyun çıxıb. Bu təhlükəli oyun, qorxunc səs effektləri, ruhlarla bağlı suallarla və gecə 3-də zəng kimi qəribə tapşırıqları ilə diqqət çəkir. Bəzi ölkələrdə qadağan edilsə də, hazırda bu təhlükəli oyun Azərbaycanda məktəblilər arasında sürətlə yayılır.

"Ətrafımızda bir ruh var, yatağın altına bax, açarı götürüb qapını aç, sonra evdən çıx meşəyə gedək".

NUHÇIXAN-ın məlumatına görə, bu qəribə və tükürpədici tapşırıqlar hər hansısa qorxu filmindən deyil, son zamanlar məktəblilər arasında geniş yayılan "Mariam" adlı oyundandır. Aparılan araşdırma göstərir ki, oyun ölkəmizdə məktəblilər arasında da geniş yayılmaqdadır.

Araşdırmalara görə, Səudiyyə Ərəbistanlı bir gənc tərəfindən hazırlanan "Mariam" oyununun saçdığı təhlükə "Mavi balina" oyunundan da təhlükəlidir. Oyunda "Mariam" adlı 9 yaşındakı qız yolda itdiyini qeyd edərək, evə dönmək üçün oyunçudan yardım istəyir. Oyun başlamadan öncə oyunçunun ev adresi və yaxın çevrəsi haqqında məlumatlar tələb edilir. Daha sonra "Facebook" və "WhatsApp" bilgilərini paylaşmaq tələb olunur.

Psioxoloqların sözlərinə görə, şiddət, ölüm qorxusu və öldürməyə təşviq edən belə təhlükəli oyunlar uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərir.

Mütəxəssislər bildirir ki, valideynlər övladlarını həyatı təhdid edən bu tip oyunlardan uzaq tutmalıdır. Qeyd edək ki, sözügedən oyun Türkiyədə 12 yaşlı yeniyetmənin intiharına səbəb olub.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elekton Təhlükəsizlik Xidmətindən  bildirilib ki, hazırda bu məsələ araşdırılır, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbir görüləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: