Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Sədərək rayonunun Heydərabad qəsəbəsi İcra Nümayəndəliyində uçot sisteminin təşkili və sosial sığorta şəhadətnaməsi barəsində maarifləndirici tədbir keçirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısının müavini Səfər Hüseynov tədbirin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verib. Fondun Sədərək rayon şöbəsinin müdiri Nəsimi Rzayev qeyd edib ki rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 68 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 4 sığortaolunan dövlət müəssisə və təşkilatlarında çalışanlar, 64 sığortaolunan isə torpaq mülkiyyətçiləri olub.
Sonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.