Ahıllarla görüş olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının əməkdaşları Ahıllar Evinin sakinlərinə baş çəkib, onlara hədiyyələr təqdim ediblər. Süfrə arxasında təşkil olunan görüşdə çıxış edənlər muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyası üçün yaradılan geniş imkanlardan danışıblar.

Qeyd olunub ki, ahıl və kimsəsiz vətəndaşlara hər zaman nəvaziş göstərilir və onlar diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan şəxslərə dövlət və özəl şirkətlər tərəfindən göstərilən qayğıların daha bir ifadəsi isə onları ziyarət etmək və həmsöhbət olmaqdır.

Sonda “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının əməkdaşları gətirdikləri geyim dəstlərini və şirniyyat çeşidlərini ahıllara təqdim ediblər.

Ahıllar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: