NUHÇIXAN xəbər verir ki, Sədərək rayonu ərazisindəki təsərrüfatlarda tinglərin payız calağına başlanılıb. Ağacların calanması 10-dan artıq üsulda həyata keçirilir. Bağbanlar əsasən göz calağından istifadə edirlər.
Qeyd edək ki, calaqaltı materiallar kimi cır ağaclara üstünlük verilir. Bağbanlar bu tingləri əsasən toxumları səpib yetişdirməklə əldə edirlər. Calaqüstü material kimi məhsuldar, sağlam, yerli şəraitə davamlı ağaclardan istifadə olunur. Sentyabrın 20-dən sonra vurulan calaqların sarğısı mart ayında kəsilir.
Xatırladaq ki, Sədərək rayonun da “2016-2020-ci illərdə Naxçıvan Muxtar respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yeni meyvə bağları salınır, mövcud meyvə bağlarında bərpa işləri aparılır, bağların ərazisi genişləndirilir.
“Oğuz yurdu” qəzeti