Naxçıvan şəhərində üçüncü gənclər şəhərciyi yaşayış kompleksi yaradılır.
Yeni “Gənclər Yaşayış Kompleksi”ndə ikisi 7, ikisi 5 mərtəbəli olmaqla 4 yaşayış binası inşa olunur. Yeddimərtəbəli yaşayış binalarından biri 26, digəri 28, beşmərtəbəli yaşayış binalarının isə hər biri 40 mənzilli olacaq. Ümumilikdə, 4 yaşayış binasında 134 mənzil istifadəyə veriləcək. Binaların zirzəmisində gənclərin, eləcə də ailələrin tələbatına uyğun xidmət sahələri yaradılacaq, kompleksin həyətində istirahət parkı istifadəyə veriləcək.
Tikinti işləri yekunlaşdıqdan sonra ətraf ərazidə abadlıq işləri aparılacaq, gülkarlıqlar, yaşıllıqlar salınacaq, avtomobillər üçün xüsusi yerlər ayrılacaq.
Yeni yaşayış kompleksinin salınmasında məqsəd gənclərin mənzil problemini həll etməkdir. Yaşayış kompleksinin tikilməsi ilə həm də burada yeni iş yerləri açılacaq.
Tural Tapdıqlı
“Nuh Yurdu”