Naxçıvan şəhəri Heydər Əliyev prospektində yeni yaşayış binası inşa olunur. Zirzəmi ilə birlikdə 7 mərtəbə, 4 blokdan ibarət olan yaşayış binasının inşasına 2017-ci ilin oktyabr ayından başlanıb. Layihəyə əsasən, yaşayış binasında lift quraşdırılıb, avtomobil dayanacağı yaradılacaq. Binanın birinci mərtəbəsində isə 12 mağaza fəaliyyət göstərəcək.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən hazırda obyektdə işlər sürətlə aparılır.
Qeyd edək ki, tikintidə əsasən yerli inşaat materiallarından istifadə edilir.
Ayxan Hüseynli
“Nuh yurdu” qəzeti