Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ötən ay muxtar respublikasının dövlət ümumtəhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqəyə 302 vakant vəzifə çıxarılıb, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət edib. Test imtahanlarında iştirak edən 576 namizədin  235 nəfəri keçid balını toplayıb.  Bundan başqa şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanlarında 93 müəllim iştirak edib, onlardan 83-ü müvafiq keçid balını toplaya bilib.

Musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar 285 vakant vəzifənin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarında isə  80 namizəd iştirak edib. Namizədlərdən 20-si növbəti mərhələyə keçə bilib. Növbəti müsahibə mərhələsində isə iştirak edən 18 nəfərdən 16-sı müvafiq keçid balını toplayıb.

Ötən ay  Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də  işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib. Bu müsabiqənin test imtahanlarında iştirak edən 78 namizəddən 22-si fərqlənib.

Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant sektor müdiri vəzifələrinin tutulması üçün 4 nəfərin iştirakı ilə test imtahanları keçirilib. Sertifikat əldə edən 3 nəfərin müsahibə mərhələsində komissiya nümayəndəsinin iştirakı təmin edilib.

Ötən ay dövlət qulluğuna işə qəbul üzrə təşkil olunmuş hazırlıq kurslarında 32, sınaq imtahanlarında isə 64 nəfər iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: