Operativ vergi tədbirləri görülür

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin sentyabr ayında Nazirliyin və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət sahələrdə yoxlama və monitorinqlər aparılıb. Nəticədə 2 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. 

Keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və barəsində qanuna müvafiq tədbirlər görülüb. Həmçinin vergidən yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. 

Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə aparılmış araşdırmalar zamanı 241 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: