“Mənim ikinci peşəm” layihəsinə start verildi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Mənim ikinci peşəm” layihəsinə start verilib. 4 gün davam edəcək layihə çərçivəsində gənclər “Dulusçuluq” kurslarına cəlb olunublar.

Gənclərə sənətini praktik şəkildə öyrədən dulusçu Elnur Əliyev bu sənətin inkişafı və tarixi haqqında gənclərə ətraflı məlumat verib. Layihə iştirakçıları ilkin olaraq dulus çarxlarında bir sıra əl işləri  hazırlamağa çalışıblar.

Qeyd edək ki, belə layihələrin keçirilməsində məqsəd gənclər arasında əlavə peşə sahələrinə maraq oyatmaq, onlara mədəni dəyərlərimiz, ənənəvi sənət növlərimiz haqqında dolğun məlumat verməkdir. Bundan başqa, xalqımızın əsrlər boyu qoruduğu dulusçuluq, misgərlik, xalçaçılıq və başqa sənət növlərini gələcək nəsillərə çatdırmaq, həmçinin vaxtı ilə Naxçıvanda geniş yayılan dulusçuluq sənətini yenidən yaşatmaqdır.

“Mənim ikinci peşəm” layihəsi çərçivəsində keçiriləcək “Dulusçuluq” kursu  oktyabrın 17-dək davam edəcək və kursu uğurla bitirən gənclərə sertifikatlar veriləcək.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: