Culfa rayonunda 119 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə Bənəniyar kəndində maarifləndirici tədbir keçirilib. 

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə vurğulanb. Rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 119 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Onlardan 26-sı dövlət müəssisə və təşkilatlarında çalışanlar, 1 nəfəri yerli özəl müəssisədə çalışan, 93-ü isə fiziki şəxslər olub. Həmçinin qeyd edilib ki, əmək pensiyalarının minimum məbləğinin artımı rayon üzrə 2000 nəfərdən çox əmək pensiyaçısına şamil olunub.

Sonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: