Naxçıvan Bölməsində doqquz ayın yekunları müzakirə edilib - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsində cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbiri keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi müəssisələrdə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan,eləcə də elmi-təşkilati işlərdən danışıb.

Sonra Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin doqquz ayında aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb.Qeyd edib ki, bu dövrdəbölmə əməkdaşlarının17 monoqrafiyası,8 kitabı, 2 metodik vəsaiti, 417 elmi məqaləsi, 156 konfrans materialı və bir tezis olmaqla602elmi əsəri nəşr olunub.Onlardan3monoqrafiya,65 elmi məqalə, 40 konfrans materialları xaricdə çap edilib. Elmi məqalələrdən 22-i impaktfaktorlu jurnallarda, o cümlədən 6-sıThomsonReuterssiyahısına daxil olan jurnallardadərc edilib.Bölmə əməkdaşlarının 9 monoqrafiyası, 3 kitabı, 358 elmi məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub.

Bildirilib ki, doqquz ay ərzindəBölmənin “Elmi əsərlər” jurnalının üç, “Axtarışlar” jurnalının isə iki nömrəsi çapdan çıxıb.Bundan əlavə, bölmədə “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu və “Naxçıvan Duzdağı” kitabınəşr olunub, “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr toplusu isə çapa təqdim edilib.Bölmədə yerinə yetirilən iki respublika səviyyəli qrant layihəsinə yekun vurulub, ikisi beynəlxalq, biri respublika səviyyəli olmaqla 3 qrant layihəsinin icrası isə davam etdirilir.

Orxan Bağırovqeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Bölmədə “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib.

Diqqətə çatdırılıb ki, bu dövrdə Türkiyə, İran, Rusiya, Gürcüstan,ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlıq edilib.NaxçıvanBölməilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.Eyni zamanda, Bölmənin55 əməkdaşı respublikada və xaricdə keçirilən 23beynəlxalqsimpozium, konfrans və tədbirlərdə məruzələrlə çıxış ediblər.

Bildirilib ki, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatlarına layiq görülüb.Elmi-təşkilat şöbəsinin müdiri bölmənin digər əməkdaşlarının da doqquz ay ərzində təltif edildikləri mükafat, Fəxri fərman və medalları diqqətə çatdırıb. O, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın Sinqapurun “Materialşünaslığın Tədqiqi və Tətbiqi” beynəlxalq jurnalının, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın isə “Ulduz” jurnalının redaksiya heyətinə üzv seçildiklərini qeyd edib.

Qurumun maddi-texniki bazasının gücləndirilməsiistiqamətində görülən işlərdən də bəhs edilib.

Tədbirdə bölmənin institutlarının direktorları da çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: