CNN kanalı yenə Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, CNN kanalı ərəbdilli saytında muxtar respublika ilə bağlı maraqlı məlumatlar yerləşdirilməkdə davam edir. Bu dəfə də kanal izləyicilər üçün Naxçıvanda yerləşən “Əlincəqala” ilə bağlı ərəb dilində məqalə və  videomaterial hazırlayıb. Məqalədə Perunun itkin düşən şəhəri məşhur Machu Picchunun bənzərinin Qafqazda, yəni Naxçıvan Muxtar Respublikasında olduğu bildirilir. Həmçinin bir çox insanın görmədiyi bu  “İkinci itkin şəhəri” kəşf etmək üçün insanlar Naxçıvana dəvət olunur. Qeyd edilir ki, Machu Picchuya bənzədiyi üçün qala ölkə arasında “Azərbaycanın Machu Picchusu” adlandırılır.  

Məqalədə eyni zamanda Əlincəqalanın tarixi ilə bağlı maraqlı məlumatlar ərəb dilində yer alıb.

 

Anar Tağıyev

"NUHÇIXAN"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: