Tələbələr fövqəladə hallarla bağlı maarifləndiliblər

A- A A+

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə universitetin müəllimləri və  1-ci kurs tələbələri iştirak edib.

Məqsəd Naxçıvan Dövlət Universitetindəmülki müdafiə hazırlığının təşkilinə diqqəti artırmaq,fövqəladə halların baş verməsi zamanı atacaqları addım və qaydaları tələbələrə öyrətməkdir.

Birinci kurs tələbələri adətən təhsilə yeni başlayan və  valideyn nəzarətindən kənarda təhsil alan gənclər olduğu üçün bu dəfə  onlar arasında maarifləndirmə işləri aparılıb. Tələbələr və eyni zamanda müəllimlərə payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verilib.

Sonda mövzu ilə bağlı slaydlar və videomateriallar nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: