Mütəxəssislər Kəngərlidə arıçılarla görüşüblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon Çalxanqala kəndində Kəngərli Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Baş Sığorta Agentliyinin, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları arıçılıq təsərrüfatlarının sahibkarlarının iştirakı ilə “Arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arı ailələrinin payızda qışlamaya hazırlanması” mövzusunda müşavirə keçiriblər.

Müşavirədə mütəxəssislər arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkil olunmasından danışıblar. Bildirilib ki, arıların qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən çox asılıdır. Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası arı üçün 2-2,5 kq bal saxlanmalıdır. 

Qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır. Tövsiyə olunub ki, qışlama binasının qızdırılması da  tənzimlənməli, çox isti olmamalıdır.

Qışlamadan əvvəl xəstəlik və parazitlərə qarşı mübarizə aparılmalı, bu dövürdə varroatoz xəstəliyinə qarşı profilaktiki tədbirlərin aparılması məqsədə uyğundur. 

“Hazırda Naxçıvan Muxtar Respublikasında arı ailələrinin sayı 74 mini ötüb. Bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb. 2019-cu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 11 nəfər arıçı ailəsinə 125.700 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilib”, -bu fikirlər isə “Arı ailələrinin köçürülməsinin və arıçılıqda istifadə olunan yerli istehsal olan inventarlardan istifadənin əhəmiyyəti” mövzusunda Çalxanqalada keçirilən digər seminar-müşavirədə səslənib. Seminarda “Ailə təsərrüfatı ili”ndə sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, onlara yaradılan şərait, arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyi vurğulanıb. 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: