Uşaq hüquqlarının qorunması diqqətdə saxlanır

A- A A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ötən ay da diqqətdə saxlanılıb.

Belə ki, Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər 2 uşaq müəssisəsində monitorinq keçirilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülüb, 25 uşaq ümumtəhsil məktəblərinə və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunub, Bilik Günü ilə əlaqədar aztəminatlı ailələrdən olan 42 uşağa məktəbli paltarı və dərs ləvazimatları verilib.

Valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan 80 uşaq M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Buratino” tamaşasına baxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: