Elektron kitabxanalarla bağlı mövzu müzakirə edilib

A- A A+

“AMEA Naxçıvan Bölməsinin  kitabxanasının bazası 37 039 ədəd inventar sayı təşkil edir. Bunlardan  15 475 adda kitab elektron kataloqlaşdırılıb. 1780 kitabın elektron versiyası hazırlanıb internetdə və ya lokal şəbəkədə yerləşdirilib”,-bu fikirlər AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Müasir zaman və elektron kitabxanalar” mövzusunda keçirilən elmi seminarda səslənib.

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaradılan elektron kitabxanaların rolu, müasir tələblərə uyğun kitabxanaların fəaliyyəti üçün yaradılan geniş imkanlardan bəhs edilib.

Xatırladaq ki, oxucular e-kitab.ameanb.nmr.az internet saytına daxil olmaqla kitabxananın imkanlarından  istifadə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: