Ali təhsil ocağında Dövlət Müstəqilliyi Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1991-ci ildə qazandığımız müstəqilliyin məhz  ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qorunub saxlanılmasından danışıb. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı.

Tədbir tələbələrin ifasında bədii qiraət və musiqi nömrələri ilə davam edib. İncəsənət fakültəsinin sərgi salonunda əlamətdar tarixi günə həsr edilmiş sərgiyə baxış olub.

Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edildikdən sonra “Ümummilli lider və Azərbaycanın dövlət müstəqilliyi” adlı videoçarx nümayiş olunub.

                                                              Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: