YAP Kəngərli Rayon Təşkilatı dövlət müstəqilliyinin 28-ci ildönümünü qeyd edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Xok kəndində keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyev öz həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dünya azərbaycanlılarının hüquq və azadlıqlarının qorunmasına həsr edib. Dahi rəhbər xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanılması, ölkə iqtisadiyyatının inkişafında misilsiz xidmətlər göstərib.

Vurğulanıb ki, bu gün Ümummilli liderin müdrik siyasəti muxtar respublikada da uğurla davam etdirilərək bu qədim diyara inkişaf və rifah bəxş edilib. Ulu öndər Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi qısa bir zamanda Kəngərli rayonunu da müasirləşdirib. Ötən dövr ərzində rayonda müxtəlif iqtisadi layihələr həyata keçirilib, təhsil, mədəniyyət, səhiyyə obyektləri tikilib, inzibati binalar istifadəyə verilib.

Mövzu ilə bağlı çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Sonda tədbir iştirakçıları  Milli Müstəqillik Gününə həsr olunan filmə baxıblar.

                                                                    Cavid Səfərl

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: