Melioratorlar payız suvarma mövsümünə hazırdır

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 10 milyon kubmetr suvarma suyu verilib, 8 min 196 hektar torpaq sahəsi suvarılıb.

Həmçinin, Şahbuz rayonunun Türkeş kəndi ərazisindəki 300 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsində, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğularda da tikinti işləri davam etdirilib.

Torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün ötən ayda da işlər davam etdirilib, sudan səmərəli istifadəyə nəzarət artırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: