Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində gördüyü məqsədyönlü tədbirlərdən danışıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi inkişaf yoluna nəzər salan alim qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi xaos və anarxiyadan, hərcmərclikdən qurtarıb. Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifah halının yüksəldilməsinə xidmət edən siyasi qərarlar qəbul edib.

İsmayıl Hacıyev qeyd edib ki, dahi şəxsiyyətin işi və əməlləri Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə uğurla davam etdirilir. Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikasının bu gün bütün sahələrdə yüksək inkişafı dahi öndər Heydər Əliyevin parlaq ideyasının təzahürüdür.

AMEA Naxçıvan bölməsinin digər əməkdaşları da mövzu ilə bağlı ətraflı çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: