Naxçıvanlı gənclər hərbi xidmətə yollanıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində və Babək rayonunda çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra çıxış edənlər çağırışçılara Vətəni göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.  Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünü qorumaq, torpaqlarımızın keşiyini çəkmək hər bir gəncin müqəddəs borcudur.

 Sonra gənclər hərbi hissələrə yola salınıblar.

 

                                                  Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: