“Mənim ikinci peşəm” layihəsi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 14-dən start götürən “Mənim ikinci peşəm” layihəsi çərçivəsində keçirilən “Dulusçuluq” kursu başa çatıb. Kursda iştirak edən 20-ə yaxın fəal gəncə sertifikatlar təqdim olunub.  

“Mənim ikinci peşəm” layihəsi çərçivəsində gənclər qədim sənət növü sayılan və bu gün də yaşadılan dulusçuluq üzrə kursa cəlb olunublar. 4 günlük kursda gənclər gildən müxtəlif məişət və bəzək əşyaları hazırlayıblar.

Kursun son günündə hazırlanan əl işlərinə görə fəallıq göstərən gənclərə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən sertifikatlar təqdim olunub.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: