Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb  - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı, radionun Ədəbi-Bədii və Publisistik Verilişlər Redaksiyasının redaktoru, yazıçı Sevinc Məmmədova (yaradıcı təxəllüsü Hədiyyə Şəfaqətdir) yazdığı son dövr esselərinə görə Azərbaycan Yazıçılar Birliyi və “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb. 

Hədiyyə Şəfaqət  mükafata layiq görülməsinə səbəb olan esselərinin çoxunun son bir ildə Naxçıvanda, həmçinin Naxçıvanla bağlı yazıldığını bildirib. 

Xatırladaq ki, Hədiyyə xanımın imzası oxucularımıza həmçinin “Nuhçıxan” İnformasiya Agentliyində çap olunan yazılarından da tanışdır. 

“Əli bəy Hüseynzadə” mükafatına gəldikdə isə, beş il əvvəl təsis edilib. “Ədəbiyyat qəzeti”nin yazı həyatında ciddi şəkildə iştirak edən müəlliflərə, eyni zamanda, ədəbiyyatın təbliğində xidmətləri olan qələm sahiblərinə Azərbaycan ədəbiyyatına xidmətlərə görə bir neçə nominasiyada verilir. Həmkarımızı təbrik edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: