Sədərəkli sahibkarlara məsləhətlər verilib

A- A A+

Sədərək rayonunda sahibkarların iştirakı ilə kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə üsulları və yeni texnologiyaların tətbiqi mövzusu müzakirə olunub.

NUHÇIXAN xəbər verir ki, keçirilən seminar-müşavirədə bol məhsulun əldə olunması üçün əkin sahələrində mütəmadi olaraq müşahidələrin aparılması, aşkar edilən xəstəlik və zərərvericilərə qarşı profilaktiki və ya kimyəvi mübarizə tədbirlərinin vaxtında yerinə yetirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb. Tövsiyə olunub ki, istifadə edilən bitki mühafizə vasitələrinin dozalarının düzgün tətbiqinə və eyni zamanda dərman preparatlarının yararlılıq müddətinə xüsusi fikir verilməlidir. Belə olduqda məhsulun itkiyə getməsinin qarşısı alınar.

Sonda  təsərrüfat sahiblərinə dərman preparatları  paylanılıb.

                                                    Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: