Dövlət Müstəqilliyi Günü ali təhsil ocağında qeyd edilib

A- A A+

“Naxçıvan” Universitetində Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Universitetin “Ümumi tarix” kafedrasının professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edib ki, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Ölkəmizin siyasi, sosial-iqtisadi sisteminin, dövlət quruculuğunun əsasları xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin səyi və əməyi, eyni zamanda xalqın dəstəyi ilə yaradılıb.

Bildirilib ki, bu il Azərbaycan dövlət müstəqilliyinin 28 ili tamam olur. Ötən illərdə demokratik, hüquqi-dünyəvi dövlət qurulub, ölkəmizin həyatında müsbət mənada böyük dəyişikliklərə nail olunub, eyni zamanda dövlət müstəqilliyi möhkəmləndirilib. Ümumiyyətlə, qısa zaman kəsiyində ölkəmizin müxtəlif sahələrində-elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə və digər sahələrdə dinamik inkişafa nail olunub.

Vurğulanıb ki, müstəqillik illəri ərzində Naxçıvan Muxtar Respublikası öz görkəmini sözün həqiqi mənasında tamamilə dəyişib, əsrə bərabər inkişaf yolu keçib. Bu gün qədim diyar ulu öndər Heydər Əliyev ideyalarının işığında həyatının yeni və ən parlaq dövrünü yaşayır.

Tədbirdə digər çıxış edənlər  əldə olunan müstəqilliyin qorunmasında və bütün sahələrdə inkişafa nail olunmasında gənclərin rolu xüsusilə vurğulanıb. Çünki ümummilli lider Heydər Əliyev hər zaman gənclərə güvənir, onları etibarlı gələcəyimiz adlandırıb. Ona görə də gənclərimiz göstərilən etimadı doğrultmalıdırlar.

O da diqqətə çatdırılıb ki, bu il 900-ə yaxın xarici tələbə Naxçıvan universitetlərini seçib. Bu, müstəqillik illərinin ən yaxşı göstəricisidir.

Tədbirdə mövzu ilə əlaqədar slayd da nümayiş olunub.

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: