Özbəkistanlı futbolçular bir sıra mədəniyyət və səhiyyə müəssisələrini gəziblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan kuboku-95” turnirində keçirilən oyunlarda iştirak edən Özbəkistan komandasının üzvlərinin muxtar respublikada yerləşən bir sıra mədəniyyət və səhiyyə müəssisələrinə ekskursiyası təşkil olunub.

Ekskursiya çərçivəsində idmançılar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olublar. Qonaqlara muzey haqqında geniş məlumat verilib. Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq zamanı burada nümayiş etdirilən daş abidələr qonaqların marağına səbəb olub. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, şərq memarlığı incilərindən olan Möminə Xatın türbəsi ilə tanışlıq da onlarda xoş təəssürat yaradıb.

Ekskursiyanın sonunda özbəkistanlı futbolçular Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: