Məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinələri aparılır - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası  tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələri ilə əhatə ediləcək. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada yaradılıb.  Müayinələrə oktyabrın 3-dən start verilib. İndiyədək 12 tam orta məktəbdə profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılıb. 7 min 283 məktəbli dərin tibbi müayinələrlə əhatə olunub. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində  əyriliklər, revmatizm xəstəlikləri aşkarlanıb. Xəstə¬liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub. 

Tədbirdə həmçinin uşaq və yeniyetmələrin sağlamlığ göstəricilərinin artırılmasında əhəmiyyəti olan sanitar-gigiyenik faktorlar, şəxsi və ümumi gigiyenik qaydalar haqqında maarifləndirici söhbətlər aparılır.
Muxtar respublikanın rayonlarında da məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələri həyata keçirilir. 

Payız mövsümünün profilaktik tibbi müayinələri noyabrın 15-dək davam edəcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: