“Naxçıvan Kuboku – 95” turnirinə yekun vuruldu - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Kuboku – 95” turnirinin son oyunları keçirilib. Final oyununda “Rekord” komandası Özbəkistanın “Qaraqalpakstan” komandası ilə qarşılaşıb. “Qaraqalpakstan” komandası 6-0 hesabı ilə qalib gələrək aktivinə növbəti 3 xalı yazdırıb. Bununla da, “Qaraqalpakstan” klubu turnirin III yerinə sahib olub.

Günün ikinci oyununda “Araz-Naxçıvan” digər təmsilçimiz “Qarabağ” komandası ilə qarşılaşıb. İlk hissədə qol sükutu pozulmayıb. İkinci hissədə də fərqlənə bilməyən “Araz-Naxçıvan” penaltıdan gələn yeganə qolla görüşü 0-1 hesablı məğlubiyətlə başa vurub. Beləliklə  “Qarabağ” Turnirin 2-si olub. Bununla da muxtar respublikamızda keçirilən mötəbər turnirin birinə də yekun vuruldu.

Bütün oyunlardan qalib ayrılan Özbəkistanın “Əndican” komandası 12 xal toplayaraq yarışın qalibi olub.

Sonda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri, MR Futbol Federasiyasının sədri Azad Cabbarov və “NAXTEL” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Kamil Yusifov mükafatlandırma mərasimində yer tutan komandalara kubok və medallar təqdim ediblər.

Qeyd edək ki, turnirin ən yaxşı oyunçusu “Əndican” komandasının futbolçusu Oktam Abdulmalikov, ən çox qol vuran oyunçusu isə “Qaraqalpakstan” komandasının üzvü Makset Kalbayev olub.

Əli Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: