Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər davam edir. Nazirliyin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə birlikdə Şərur şəhərində yerləşən müəssisə və təşkilatlara o cümlədən istilik təsərrüfatı idarəsinə məxsus qazanxanalarda mövsümi işçilərin əvvəlcədən təlimatlandırılmasını aparıblar. Həmçinin Fövqəladə Hallar Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən qazanxanaların texniki və yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilib. Avadanlıqların təhlükəsiz istismarı üzrə təlimatlar təqdim edilib, maarifləndirici söhbətlər aparılıb.

2019-cu ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikasında Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeçiliyində olan peşə məktəblərində 110 nəfər ocaqçı  kurslara cəlb olunub.  

Bununla yanaşı Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri ilə birgə standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını alınması məqsədilə Şərur şəhərində ticarət obyektlərində reyd yoxlamaları keçirilib. Bu tədbirdə istehlakçılar və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, onlara bildirişlər təqdim edilib.

Hazırda bu işlər davam edir.
 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: