Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Fondun Şahbuz rayon şöbəsi sığortaolunanlar üçün maarifləndirici tədbir keçirib. Tədbirdə sığorta-pensiya sisteminin mahiyyəti, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı əhəmiyyəti ilə bağlı geniş məlumat verilib.Bildirilib ki, sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları şöbə tərəfindən həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir. Fərdi şəxsi hesablarda olan pensiya kapitalının miqdarı və ödəmə müddəti vətəndaşın sığorta stajını və pensiyasının məbləğini müəyyənləşdirməklə yanaşı, onlara sosial sığorta ödəmələrindən yararlanmaq hüququ yaradır. 

Rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 58 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 34 sığortaolunan dövlət müəssisə və təşkilatlarda çalışanlar, 3 sığortaolunan yerli özəl müəssisədə çalışan sığortaolunanlar, 21 nəfər isə  fiziki şəxslərdir. 

Tədbirin sonunda Fondun Şahbuz rayon şöbəsi tərəfindən yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələri təqdim edilib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: