Naxçıvan brendləri hədiyyəlik məhsullar hazırlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sirab ASC, Ləzzət Qida Sənaye MMC və Ordubad Qənnadı məmulatları MMC-də  istehsal edilən məhsulların hədiyyəlik variantları hazırlanıb. Həmin hədiyyələrin üzərində “Naxçıvan - 2018 İslam Mədəniyyətinin Paytaxtı”  loqotipi əks olunub. Ləzzət Qida Sənaye MMC-də  min ədəd hədiyyəlik çanta hazırlanıb.  Sirab ASC-də isə  hazırlanan 500-dən çox  loqotipli qutunun içində qazlı və qazsız olmaqla Sirab suyu və stəkanı yerləşdirilib.

Ordubad Qənnadı məmulatları MMC üzərində qədim diyarın tarixi abidələrinin fotoları əks olunan hədiyyəlik qutular hazırlayıb. Qutuların üzərində abidələrin inşa olunma tarixi və yerləşdiyi yer haqqında da məlumatlar verilib. Bununla da məhsulları əldə edən şəxslər həmin təamlardan dadmaqla yanaşı, tarixi abidələrimizlə tanış olmaq imkanı  da qazanırlar.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: