Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra başçısı Siyam Hacıyev rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, ötən 9 ay müddətində  Culfada rayon üzrə 5301 sığorta müqaviləsi bağlanılıb, onlardan 1229-u avtonəqliyyat vasitəsi sahiblərinini mülki məsuliyyətinin icbari sığortası, 2740-ı daşınmaz əmlakın icbari sığortasıdır. Bu dövrdə könüllü sığortalar üzrə  1328 müqavilə bağlanılıb.

Hikmət Əsgərov vurğulayıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin edilməlidir. Baş direktor onu da qeyd edib ki, son dövrlərdə Culfa rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər icbari qaydada sığorta olunmalı olan vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Buna görə də rayonda sığorta fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə maarifləndirmə işlərinə diqqətin daha da artırılması vacib vəzifə kimi qarşıda durur.

Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bu barədə də danışan Hikmət Əsgərov bildirib ki, rayonda əkin sahələrinin, meyvə bağlarının, heyvanların sığortalanması məqsədilə fermer, torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçıları arasında maarifləndirici işlər genişləndirilməldir.

Tədbirdə Dövlət Yanğını Təlükəsizliyi Şöbəsi rəisinin müavini, daxili xidmət mayoru Murad Qafarov və Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupunun baş dövlət avtomobil müfəttişi, polis baş leytenentı Taleh Alışarov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev tədbirə yekun vuraraq rayonda sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

Əbülfəz  Dünyamalıyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: