Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular arasında “Hər sözümüz Vətən desin!” adlı şeir müsabiqəsi keçirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika  əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməsindən və dahi liderin Naxçıvanı düşmən işğalından qorumasından danışıb.

Sonra Naxçıvan ­Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, yazıçılar birliyinin üzvləri Həsənəli Eyvazlı, Əbülfəz Ülvi, Zeyqəm Vüqar və digər çıxış edənlər xalq-ordu birliyindən danışıblar.  “Hər sözümüz Vətən desin!” adlı şeir müsabiqəsinin hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərinin və qiraət bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynadığı  qeyd edilib.

Sonra müsabiqə iştirakçıları  Vətənə həsr olunan şeirləri bədii qiraət ediblər.

Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıblar.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: