“Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. Tədbir  18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilib.

Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov bildirib ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilib və dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib. Təbii ki, bütün bunlar da müstəqilliyimizin dayağı olan ordumuzun qüdrətindən xəbər verir.

Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək və ansambl üzvləri mahnı və milli rəqslər ifa ediblər. Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə Vətənimizə həsr edilən maraqlı şeirlər deyiblər. Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının solistləri və Naxçıvan Dövlət Universitetinin tələbələri da konsert proqramı ilə çıxış ediblər.

Sonda tədbirin  fəal iştirakçıları  mükafatlandırılıblar.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: