Gənclər hərbi hissədə olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “18 oktyabr-Müstəqillik Günü” münasibətilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində 35 gəncin əsgərlərlə görüşü keçirilib. Görüş zamanı gənclər hərbi hissədə yaradılan şəraitlə də tanış olublar.

Görüşdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Rəhman Vəliyev bildiriblər ki, görüşün məqsədi gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, onların vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyə olunması və əsgərlərdə ruh yüksəkliyinin artırılmasıdır.

Sonra gənclər silahlanmaya daxil edilən ən müasir silah və texnikalara, müasir idarəetmə vasitələrinə baxıblar. Onlar hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, yeməkxana və əsgəri məişət kompleksi ilə də tanış olublar. Gənclər üçün yaddaqalan məqam isə  əsgərlərlə birlikdə edilən nahar olub.

Daha sonra gənclərə Döyüş Şöhrəti Muzeyində  saxlanılan texnikalar haqqında ərtaflı məlumat verilib.

Görüşün bədii hissəsində Babək rayon Mədəniyyət Sarayının “Zabul” instrumental ansamblının konsert proqramı təşkil edilib.

                                          

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: