Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi proqramı üzrə seminar təşkil edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi proqramı üzrə seminar olub.   

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Məmməd Bayramov seminar iştirakçılarına Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Vurğulanıb ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi proqramı tətbiq olunur. Bunun nəticəsində ümumtəhsil məktəblərinin maddi-texniki bazası, şagird kontingenti, şagirdlərin təhsil müəssisələrinə qəbulu və digər bu kimi məlumatları əhatə edən elektron məlumat bazası yaradılıb.

Qeyd olunub ki, keçirilən seminarın əsas məqsədi həmin məlumatların müntəzəm yenilənməsi prosesində əlaqələndirici kadrların peşəkarlıq səviyyəsini artırmaqdır. Proqramda olan yeniliklərdən bəhs edən nazirliyin əməkdaşı qeyd edib ki, artıq ali və orta ixtisas təhsili  müəssisələrinə qəbul olan məzunlar haqqında məlumat avtomatik olaraq sistemə köçürüləcək.

Sonra seminar iştirakçılarına proqramla işləmə qaydaları haqqında məlumat verilib.

      Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: