Faydaları ilə zəngin giləmeyvə-yemişan

A- A A+

Yemişan payız fəslində dağlarımızın “qonağı” olan bitkilərdən biridir. Şahbuz rayonunun Biçənək, Batabat, Kükü, Keçili, Nursu, Mahmudoba kəndlərində bu bitkiyə daha çox rast gəlinir. Sentyabr-oktyabr aylarından başlayaraq yetişən meyvələr yol boyu bu yerlərə yolu düşənləri müşayət edir. Qırmızı, şabalıdı, qara rəngli meyvələri ilə seçilən yemişan haqqında Nursu kənd sakini Fazilə  xala deyir ki, payızda səbirsizliklə yığmağa tələsdiyim naz-nemətlərdən biridə  yemişandı. Zəngin təbiətli Nursu dağlarında,  dərələrində, bitən yemişan kollarının budaqlarından sallanan meyvələr aşıb-daşır. Həm istifadə edirik, həm də satırıq. Faydaları ilə zəngin bu bitkinin qədrini kənd camaatı yaxşı bilir. Çünki vaxtilə yemişan darda qalan insanlara ümid yeri olub. Blokadanın ilk illərində yemişan kolları ilə evlərimizdə istilik yaratmışıq, ocaqda yeməyimizi bişirmişik. Zamanında  oduncağı daş kömürə bərabər tutulub. Bir vaxtlar qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün qırıb dağıdılan o kollar indi sanki “azadlıq” tapıb. Daha insanlar çöl-bayırın ağacına, koluna yox, sadəcə, meyvələrinə möhtacdır. Yaş halda satılan yemişandan evdar qadınlar mürəbbə və kompotlar hazırlayırlar. Yemişan  mürəbbəsinin dadı dildən-dilə dolaşır.

Qurudulmasına gəlincə isə deyə bilərəm ki, burada ən vacib məsələ odur ki, yemişan meyvələrini ağ kağız üzərində sərməklə iş bitmir. Gərək, onu tez-tez çevirəsən. Belə şəraitdə qurudulmuş meyvələr təbii rəngini saxlayır,  tərkibini də dəyişmir. Qurumuş meyvələri xüsusi torbalara doldurub quru  yerdə saxlamaq lazımdır. Müalicəvi çay baxımından çiçəkləri də faydalıdır bu bitkinin. May-iyun aylarında çiçək açır, vaxtında yığmaq lazımdır. Onun qurudulmuş çiçəklərindən və meyvələrindən çay dəmləyib içirlər. Yemişan meyvələrinin tərkibində bir sıra faydalı maddələr vardır.

Kənd təsərrüfatında yemişanın əhəmiyyəti daha mühümdür. Sağılan mal-qaranın yeminə yemişan meyvələri əlavə etdikdə onların südü xeyli artır və süddə yağın miqdarı çoxalır. Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu  vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində insan orqanizmi üçün faydalı olan bəzi maddələrə təbiətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır. Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır.  Onun tərkibində olan xeyirli maddələr ürək damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.  Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Ürəyin və beynin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.

Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Onu “qoca ürəyin dərmanı” adlandırırlar. İnfarkt keçirmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.Yemişan iltihab və mikrob əleyhinə də istifadə edirlər .

                                                                                                                                                      “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: