Sədərək rayonunda qarğıdalı biçini başa çatıb

A- A A+

Sədərək rayonunda qarğıdalı əkini ilə məşğul olan torpaq mülkiyyətçiləri bu ilin qarğıdalı biçinini başa çatdırıblar. 25 hektar sahədən 155 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 62 sentner olub.

Yem istehsalının artırılması üçün  qarğıdalının  çox böyük əhəmiyyəti  vardır. Buna görə də qarğıdalı əkin sahələrini genişləndirmək və qarğıdalı istehsalını  artırmaq  vacibdir.

Qarğıdalı dəni qidalı maddələrlə zəngindir. Onun dənindən yalnız  qüvvəli   yem deyil, şəkər, qlükoza, nişasta, konservilər, un, yarma başqa məhsullar da alınır. Lakin qarğıdalının başlıca əhəmiyyəti onun dəninin, gövdə və yarpaqlarının bütün mal-qara və quş növləri  üçün qiymətli yem olmasıdır.

Qarğıdalı həm də dən ehtiyatını tamamlayır və onun gövdəsindən yaxşı silos hazırlanır.

Nadir Məmmədov

“Oğuz yurdu” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: