AMEA-nın  Naxçıvan bölməsinin beynəlxalq əlaqələri genişlənir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Naxçıvan Bölməsinin  İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev Şərqi Avropanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şimali Makedoniya Respublikasının paytaxtı Üsküp şəhərindəki beynəlxalq “Vision” universitetində elmi ezamiyyətdə olub. Alim  burada “Kuman-kıpçaqlar və Cənubi Qafqazda izləri” mövzusunda mühazirə oxuyub.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Şimali Makedoniya Respublikası beynəlxalq “Vision” universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolda iki təşkilat arasında elm və təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın 5 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: