AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tərkibində dəyişiklik edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev bölmənin Rəyasət Heyətinin tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı məlumat verib. Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin Rəyasət Heyətinin üzvü və həmin müəssisənin Elmi Şuranın sədri seçildiyini qeyd edib.

Həmçinin, bölmənin “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilib. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü Tofiq Əliyev “Elmi əsərlər” jurnalının təbiət və texniki elmlər seriyasının və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli isə “Elmi əsərlər” jurnalının Humanitar və İctimai elmi seriyasının redaksiya heyətinə üzv seçiliblər.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə bölmədə vakant vəzifələrin tutulması üçün bu il oktyabr 10-da mətbuatda dərc edilən müsabiqə üçün sənəd qəbulu yekunlaşıb və şöbə və laboratoriyalara 12 namizədin sənədləri təqdim edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: